Ermənistan Konstitusiya Məhkəməsinin rəhbəri müttəhim kürsüsündə

Ermənistan Konstitusiya Məhkəməsinin rəhbəri müttəhim kürsüsündə

Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyana qarşı cinayət işi açılıb. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə məlumat Ermənistan İstintaq Komitəsi tərəfindən verilib.

Məlumatda qeyd olunur ki, bu cinayət işində Ermənistan Ədliyyə Nazirliyinin Qanunvericiliyə Nəzarət İdarəsinin keçmiş rəhbəri Norayr Panosyan və İrəvan Bələdiyyəsinin bir sıra vəzifəli şəxsləri də iştirak edir.
İstintaqın məlumatına görə, Tovmasyan Ədliyyə Nazirliyinə rəhbərlik edərkən rəsmi səlahiyyətlərindən sui-istifadə edərək, meriyanın elan etdiyi tenderlərdə İrəvanın mərkəzində bir bina alıb. Onun işi Xüsusi İstintaq Xidmətinə verilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə