Şoyqu Ermənistana Paşinyanı görməyə yox, hərbi bazanı ziyarətə gedib
Rusiya Müdafiə naziri Sergey Şoyqu bir günlük işgüzar səfərlə Ermənistandadır və qrafikdə Paşinyan və Tonoyanla görüş planlaşdırılır. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rusiyalı nazirin səfəri Gümrüdən başlayıb. Burada nazir 102-ci rus bazasına baş çəkəcək, muzeyə, pravoslav kilsəsinə gedəcək və silahsız insanlarla görüşəcək və sonra Şoyqu İrəvana səfərini davam etdirəcək.
Ermənistan paytaxtında Rusiya Federasiyasının müdafiə nazirini baş nazir Nikol Paşinyan qəbul edəcək. Bununla yanaşı, Ermənistanın müdafiə naziri David Tonoyan ilə görüş də planlaşdırılır.
Xatırladaq ki, Ermənistanın şimalındakı Gümrü şəhərində, MDB Ümumi Hava Hücumundan Müdafiə Sisteminin 102-ci Rusiya hərbi bazası yerləşdirilib və 20 avqust 2010-cu ildə Rusiya Federasiyası və Ermənistan arasında bazanın yerləşdirilməsinə dair razılaşmanın müddətini 2044-cü ilə qədər uzadılıb.
Görünür, müdafiə naziri Sergey Şoyqu Ermənistana Paşinyanı görməyə yox, hərbi bazanı ziyarətə gedib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB