"Çox təəssüf ki, Laçın, Qubadlının ardından erməni qəyyumlarının dəstəyi ilə Zəngilan da işğal olundu". Bu barədə SİA-ya açıqlamasıında politoloq Qabil Hüseynli deyib.
Politoloqun sözlərinə görə, Zəngilanın işğalı daha çox faciələrlə müşayiət olundu: "Əhalinin müəyyən hissəsini daşımaq üçün istifadə olunan yollar erməni işğalçıları yərəfindən tutulmuşdu. Bu zaman Ümummilli Lider Heydər Əliyevin İran Prezidentinə müraciəti sayəsində İranın Araz çayı üzərində tikdiyi su bəndində aparılan xüsusi əməliyyat nəticəsində suyun səviyyəsi azaldılaraq insanlar Azərbaycan tərəfinə keçirildi. Emənilər demək olar ki, Zəngəzurun işğalı ilə Ermənistanla Qarabağ arasında olan sonuncu rayonu da ələ keçirərək böyük bir ərazini işğal etdilər”.
Politoloq həmçinin vurğulayıb ki, işğal edilmiş ərazilərlə bağlı qətnamələr qəbul edilib: "BMT-nin 4 qətnaməsi qəbul edildi və bunlardan 3-cü yəni, 854-cü qətnamə Zəngilanın işğalı ilə bağlıdır. Bu qətnamədə deyilirdi: "Erməni qoşunları Azərbaycan ərazisinə daxil olaraq, Azərbaycanın ərazisini işğal ediblər və BMT bu addımı pisləyir və erməni qoşunlarının ərazidən çəkilməsini tələb edir”. Demək olar ki, qətnamələrin hamısında işğal pislənir və düşmənin geriyə çəkilməsi tələb olunur. Lakin nə ermənilər, nə də onun tərəfdaşları bu qətnaməni qəbul etmir. Bildiyimiz kimi sülh danışıqları nəticə vermir, beynəlxalq təşkilatlar işğalçıya lazımı təziqlər göstərmir, qətnamədə işğalçı adlandırılan ölkə indi işğalçı adlandırılmır və Ermənistanın işğalçı siyasətinə qiymət verilmir. Bu topaqlar mütləq geri qaytarılmalıdır və yeri gələrsə, Azərbaycan xalqı səfərbər olmalıdır və mübarizəni davam etdirməlidir. Sadəcə Rusiyanın bölgədə maraqları var və hər gün artan təsiri nəticəsində bu məsələlər Azərbaycanın istədiyi istiqamətlərdə həll olunmur və bu səbəbdən də problemin həlli ləngiyir".
Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB