Baş nazir Nikol Paşinyan Ermənistanın bayrağını “təhqir edən” gömrük məmurunu geri çağırıb. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Facebook səhifəsində respublika bayrağına hörmətsizlik etdiyinə görə aprel ayında vəzifəsindən azad edilən gömrük işçisinin öz vəzifəsinə bərpa edildiyini elan edib.
“Bu gün mən Dövlət Gəlirlər Komitəsinin rəhbəri David Ananyana tapşırdım ki, bir daha Ayk Martirosyanı xidmətə götürsün. Düşünürəm ki, bu müddət vəziyyətlə bağlı hamımıza lazımi nəticələr çıxarmaq üçün kifayətdir”, deyə Paşinyan yazıb.
Ermənistanın Baş naziri qeyd edib ki, rəsmi tədbirlərdə, ofisdə və açıq şəraitdə respublikanın dövlət bayrağına münasibətlərlə əlaqədar, həmçinin istifadə edilməsində problemlər var. Əlavə edib ki, yaxın gələcəkdə bu məsələ ilə bağlı "konkret tapşırıqlar" verəcək.
Əslində, Paşinyan dövlət bayağını təhqir edən məmuru geri çağırmaqla özü də bu bayrağa hörmətsizlik edib. Təsadüfi deyil ki, o öz səhifəsiznə “bayraqla bağlı problemlər var” yazır. Görünür, Paşinyanın özünün də dövlət bayrağı ilə bağlı problemləri var və bunu o şəxsən etiraf da edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB