Ermənistan ərzaq qiymətlərinin bahalığına görə "rekordlar kitabı"na düşəcək
Cari ili yanvarından fevralınadək Ermənistanın istehsal bazarında 1,9 faizlik bahalaşama müşahidə olunub. SİA-nın "tert.am" saytına istinadən verdiyi məlumata görə, son 1 ayda spirtli içki və siqaret də daxil olmaqla, ərzaq məhsulları 1,5, qeyri-ərzaq məhsulları 0,6, xidmətlər 3,4 faiz bahalaşıb. 2010-cu ilin fevralı ilə müqayisədə isə istehlak qiyməti indeksində 104,8 faizlik artım var. Bu dövrdə ərzaq məhsulları 106,4, qeyri-ərzaq məhsulları 101,1, xidmətlər isə 103,6 faiz bahalaşıb.
Ermənistanın Milli Statistika Xidməti yaydığı məlumata əsasən rekord qiymət artımı isə kənd təsərrüfatı məhsulları içərisində müşahidə olunub. Belə ki, ötən ilin fevralı ilə müqayisədə hazırda kartof 42.4, qarabaşaq 3.5, taxıl 4.7, un 6.0, kofe 4.9 faiz bahalaşıb. Bahalaşma həmçinin meyvələrə də təsirsiz ötüşməyib. Ötən ilin fevralı ilə müqayisədə hazırda Ermənistan bazarlarında yalnız meyvələrin qiymətində düz 47,5 faiz artım var. Eyni zamanda ət məhsullarının qiyməti ötən ilin müvafiq dövrünə əsasən 11.7 faiz bahalaşıb.
Həmçinin BMT-də ərzaq qiymətlərinin bahalaşması ilə bağlı həyacan təbili çalır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatında qənd istisna olmaqla bütün ərzaq məhsullarının bahalaşmaqda davam etdiyi bildirilir. FAO-nun Ticarət və bazarlar şöbəsinin rəhbəri David Xallam bildirib ki, neftin qiymətinin artması ərzaq bazarındakı təhlükəli vəziyyəti dərinləşdirə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB