Paşinyan Putinlə Suriya erməniləri barədə söhbətinin təfərrüatlarını açıqlayıb. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu açıqlamanı baş nazir Nikol Paşinyan “Kommersant” nəşrinə müsahibəsi zamanı verib.
Açıqlamalara görə, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə Suriyanın şimalında, Türkiyə hərbi əməliyyatının keçirildiyi ərazidə yaşayan ermənilərin təhlükəsizliyinin təmin edilməsi barədə razılaşmalar barədə danışıb.
“Suriyanın şimalında, Kamışlıda təxminən 3 min erməni yaşayır. Mən bu barədə Rusiya prezidenti ilə danışdım. Bir narahatlığımız var idi və Rusiya Prezidentindən xahişim var idi ki, Kamışlıda ermənilərin maraqlarını nəzərə almaq üçün mümkün olan hər şeyi etsin", deyə N.Paşinyan öz müsahibəsində bildirib.
Göründüyü kimi, Suriyadakı ermənilərə görə Nikol Paşinyan yenə də Rusiya prezidenti Vladimir Putinə açıq-aşkar yalvarır. Çünki, oradakı hərbi əməliyyatların keçirildiyi ərazilərdə yaşayan ermənilərin taleyini həll etmək, onlara sahib çıxmaq iqtidarında olmadığını hamıdan yaxşı özü bilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB