Emin Milli: “Onların populizminin bir qəpik qiyməti yoxdur” İTTİHAM

Emin Milli: “Onların populizminin bir qəpik qiyməti yoxdur” İTTİHAM

“Meydan TV”nin sabiq rəhbəri Əli Kərimlini hədəfə aldı

AXCP sədri Əli Kərimlinin tərəfdarlarını itaətsizliyə çağırması, xüsusilə,19 oktyabr icazəsiz aksiyasından sonra daha da azğınlaşması, növbəti qanunsuz çağırışlar etməsi nəinki iqtidar, eləcə də müxalifətyönlü təmsilçilər tərəfindən də sərt şəkildə qınanılır, ona qarşı müxtəlif ittihamlar irəli sürülür. O cümlədən, artıq social şəbəkələrdə aktiv olan sadə vətəndaşlar Ə.Kərimlinin azğınlığına qarşı etiraz səslərini ucaldır, onu ölıkədəki ictimai-siyasi sabitliyi pozmaqda suçlayır, həmçinin bu addımlarının nəticəsiz qalacağını vurğulayırlar.

“İstənilən tənqidə və fərqli yanaşmaya görə sənə satqın damğası vururlar ”

Bu arada, vaxtilə müxalifətyönlü və xarici donorların yardımı ilə idarə edilən, sifarişlər əsasında Azərbaycan dövləti əleyhinə fəaliyyət göstərən “Meydan TV” də dağıdıcılıq və anarxik çağırışlara yer ayırır, AXCP sədrinin, eləcə də “Milli Şura” funksionerlərinin qiyama çağırışlarını tirajlayır. Lakin digər maraqlı məqam budur ki, adıçəkilən “TV”nin sabiq rəhbəri, hazırda siyasətdən getdiyini və şəxsi həyatını yaşadığını bəyan edən Emin Milli baş verən hadisələr kontekstində fikrini paylaşıb və həmin fikrində başda Ə.Kərimli olmaqla, onun yandaşlarını populizimdə ittiham edib, eləcə də həmin populizmlərinin nəticəsiz qalacağını bildirib. Üstəlik, E.Milli xatırladıb ki, vaxtilə onu dəstəkləyənlərin indi xəyanətdə suçlamaları, satqın adlandırmaları həmin şəxslərin daxillərindəki çirkablıqları daha çox aşkar edir. Misal üçün, “Bir qrup insanlar özlərini elə aparır ki, güya indi inqilab olacaq, amma kimsə bunun qarşısını alır. İstənilən tənqidə və fərqli yanaşmaya görə sənə satqın damğası vururlar ”, deyə qeyd edən E.Milli ona qarşı hücuma keçən tərəfləri də hədəfə alıb.

“Cəmi 300-400 nəfərin küçəyə çıxması inqilabın nə qədər uzaqda olduğunu göstərir”

O, həmçinin bildirib ki, siyasi dəyişikliklərin “inqilab”, icazəsiz yürüşlər və qanunları pozmaq yolu ilə əldə etməyi düşünmək doğru seçim deyil: “...Bunu bilməyən siyasi savadsızlar isə bu xalqa heç zaman heçnə verə bilməzlər. Onların populizminin bir qəpik qiyməti yoxdur. Cəmi 300-400 nəfərin küçəyə çıxması inqilabın nə qədər uzaqda olduğunu göstərir. Bunu görməyənlər siyasi cəhətdən kordurlar”.

Bu fakt isə həm də belə bir nəticəyə gəlməyə kifayət qədər zəmin yaradır - uzun illər radikalizm və dağıdıcılıq üzərindəki populist çıxışları ilə küçə təfəkkürünə malik “liderlərin” cəhdləri əbəs olmaqla yanaşı, vaxtilə onlarla bir olanlar da yollarını ayırır, belə bir mənfur siyasətin uğursuz olacağını etiraf edirlər. Bu baxımdan, E.Millinin qeydlərindən həm də belə nəticə hasil etmək olar ki, o həmin vasitə ilə Ə.Kərimlinin anarxik çağırışlarını pisləyir, aldadılmış insanları onun yalanlarına uymamağa çağırış edir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə