“Uşaqların Xöşbəxt Gələcəyi” İB Golden Pay online ödəmə sisteminə qoşulub
"Uşaqların Xöşbəxt Gələcəyi" xeyriyyə təşkilatının internet saytında (www.ushaq.az ) online-ianə sistemi quraşdırılıb. Qurumdan SİA-ya verilən xəbərə görə, artıq yardıma möhtac, kimsəsiz uşaqlara kömək etmək istəyənlər www.ushaq.az saytında "SilverKey" şirkətinin təqdim etdiyi sistem sayəsində kredit kartları vasitəsilə istədikləri məbləği cəmiyyətin hesabına köçürə bilərlər. Bunun üçün sayta daxil olub online-ianə banerində sistemə keçmək, daha sonra isə müvafiq xanaları doldurmaq lazımdır.Online ödəmə olduğuna görə , bu sistem sayəsində həm tam şəffaflıq, həm də tam məxfilik tam təmin olunmuş olur.
"Uşaqların Xöşbəxt Gələcəyi" xeyriyyə təşkilatının cəmiyyətin yardımsevər dostları əsasən şirkətlər və fiziki şəxslərdir. Şirkət və müəssisələrin ianə ödəmələrində demək olar ki, heç bir problemlə rastlaşmırdıq, lakin fiziki şəxslərin bank hesablarından etdikləri maddi yardım zamanı bir sıra texniki problemlərlə üzləşirdik. Bu problemi aradan qaldırmaq, həm də yardımsevər dostlarımızın rahatlığını təmin etməkdən ötrü saytımızda belə bir sistemin quraşdırılmasına qərar verdik.
Məlumat üçün bildirək ki,"GoldenPay" sistemi 2008-ci ilin dekabr ayında "SilverKey Azərbaycan" şirkəti (www.silverkey.az) tərəfindən Azərbaycanın ilk internet ödəmə sistemi kimi təqdim olunub. Bu sistem fəaliyyət göstərmək üçün "Visa" və "MasterCard" beynəlxalq ödəmə sistemləri tərəfindən lazımı tələblərə cavab verir. GoldenPay "Verified by Visa" və "Mastercard SecureCode" lisenziyalarının sahibidir. Təhlükəsizliyin yüksək səviyyədə olması üçün GoldenPay sistemi "VeriSign SSL" şifrələnməsindən istifadə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB