Ekvadorun Ombudsmanı 12 gün davam edən etiraz aksiyaları zamanı 10 nəfərin öldüyü, 1340 nəfərin isə yaralandığını açıqlayıb. SİA-nın xarici mətbuata stinadən verdiyi xəbərə görə, rəsmi məlumatlara əsasən, 13 oktyabr tarixinədək etiraz aksiyalarında 1592 nəfər saxlanılıb.
Qurum tərəfindən açıqlanan hesabatda saxlanılanlardan 76 faizinin qeyri-qanunu və heç bir əsası olmadan saxlanıldığı, 12 gün müddətində ərzində 1340 nəfərin yaralandığı və 10 nəfərin isə həlak olduğu bildirilir.
Hüquq müdafiəçilərinin sözlərinə görə, aksiyalar zamanı bir çoxları ağır yaralar alıb, 8 nəfərin isə gözünün nurunu itirib.
Etiraz qurbanlarının sayının çox olmasına baxmayaraq, hüquq müdafiəçiləri bu problemin əks tərəfinə işarə edirlər: nümayişçilərin asayiş keşikçilərinə hücumu təkcə bu insanların hüquqlarının pozulması deyil, həm də cinayətdir. Baş prokurorluq insanların hüquqlarını pozanları məsuliyyətə cəlb etməlidir.
Qeyd edək ki, Ekvadorda etirazlar oktyabr ayının əvvəlindən başlayıb. Etirazlara səbəb yanacaq subsidiyalarının ləğvi və iqtisadi islahatlardır. 12 günlük aksiyalarda yüzlərlə insan saxlanılıb, zərər çəkib.
Məlumat üçün nəzərinizə çatdıraq ki, oktyabrın 13-də Ekvador hakimiyyəti və müxalifət qarşıdurmanı dərhal dayandırmaq barədə razılığa gəliblər. Ölkə vətəndaşlarını narahat edən fərmana yenidən axılması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB