Erməni politoloq: “Üçtərəfli görüşdə münaqişənin həlli ilə bağlı bəyanatın imzalanmasını gözləməyə dəyməz”
Beş mart tarixində Soçi şəhərində Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dmitri Medvedev, İlham Əliyev və Serj Sarkisyan arasında üçtərəfli görüşdə münaqişənin həlli ilə bağlı bəyanatın imzalanmasını gözləməyə dəyməz. SİA-nın xəbərinə görə, bunu "Noravank" analitik araşdırma mərkəzinin rəhbəri Qaqik Artyunyan deyib. Onun sözləriə görə, görüşdə təmas xəttində atəşkəsin bərpa olunması barəsində razılaşma əldə olunacaq: "Eyni zamanda təmas xəttində snayperlərin geri çəkilməsi məsələsi gündəmə gələcək və bu da məhz görüş üçün böyük uğur hesab ediləcək".
Cənubi Qafqaz dövlətləri olan Gürcüstan və Ermənistanın regionda mövcud olan münaqişələrin həllində sülh variantının tərəfdarı olduğunu deyən politoloq rəsmi Bakının hərbi bəyanatlarına da toxunub. Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin çıxışında " Dağlıq Qarabağ münaqişəsinin həllində müharibə variantı istisna deyil" sözlərini işlətməsi regionda hələ də vəziyyətin gərgin olmasına dəlalət edir: "Əgər Azərbaycan dövlətinin başçısı İlham Əliyev öz mövqeyində dəyişiklik etsə, gərginlik aradan qalxar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB