İnvestisiyaların həcmi Ermənistan üçün arzuolunan deyil

İnvestisiyaların həcmi Ermənistan üçün arzuolunan deyil

Ermənistanda inqlabi inkişafdan söhbət belə gedə bilməz və bu inkişaf inqlabi deyil. SİA Ermənistana məxsus 1in.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri deputat Mixail Melkumyan Ermənistan Milli Məclisində 2020-ci ilin büdcəsi müzakirə olunarkən deyib.

“İnvestisiyalar haqqında danışmaq lazımdır. Hal-hazırda təxmin edilən rəqəm çox azdır. Rəsmi rəqəmlərə baxanda başa dərk edirəm ki, investisiya qoyuluşu arzuolunan deyil. Mən artım, artımın keyfiyyəti ilə də maraqlandırıram və bunun haqqında danışmağımız lazımdır. Çünki əlimizdə olanlar artım keyfiyyətini yaxşılaşdıra bilməz”, - deyə Melkumyan bildirib.

Deputat Atom Cancuqazyanın sözlərinə görə isə, hər bir biznes yeni iqtisadi mühitə uyğunlaşmalıdır, uyğunlaşmalıdır və hər şey uyğunlaşmadan asılıdır. O, qeyd edib ki, iqtisadi artımı tamamilə fərqli bir səviyyədə görmək lazımdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə