“Əli Kərimli şəxsi ambisiyasının girdabında boğulacaq” RƏY-ÖZƏL
"Tam qətiyyətlə demək olar ki, xarici maraqlı dairələrin əlaltısı rolunda çıxış edən AXCP sədri Əli Kərimli şəxsi ambisiyasının girdabında boğulacaq". Bunu SİA-ya açıqlamasında ADİİM-nin sədri “Avrasiya” İA-nın baş redaktoru Cavid Şahverdiyev deyib.
Onun sözlərinə görə, radikal müxalifət icazəsiz aksiyalar keçirməklə Qərbdən daha çox vəsait əldə edir: "Kərimli və Həsənli maraqlıdır ki, polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaransın. Onu da deyim ki, bu aksiyalara təsadüfü adamlar çıxmır, əvvəlcədən təlumatlandırlan, hazırlanan adamlar gətirilir. Onlara tapşırılır ki, hay-küy yaratsınlar, qışqırsınlar, polisin hissiyyatına təsir göstərəcək ifadələr işlətsinlər, hərəkətlər etsinlər və s. Onlar da tapşırıqlarını yerinə yetirirlər. Polislər tərəfindən saxlanılırlarsa, qışqırırlar, yerə yıxılırlar, “huşlarını itirirlər”, bəzisi yalandan özünü yerə yıxır, yaxalarını cırır və s... Bu Kərimli və Həsənli, eyni zamanda onların özləri üçün də sərfəlidir. Sabah aksiyadan çəkilən fotolarla Azərbaycanda “əzildik”lərini, “döyüldük”lərini əsas gətirib Qərbdən siyasi mühacir kimi sığınacaq ala biləcəklər. Bundan başqa Kərimli və Həsənli yaxşı başa düşürlər ki, artıq mitinq təyin etsələr gələn olmayacaq. Əvvəlki mitinqlərə gələn 500-700 insan bu gün həmin radikalların fikirlərini dəstəkləmirlər. 25 ildir Kərimli insanları aldadır, onları qarşıdurmaya sürükləyir, dövlət və dövlətçilik əleyhinə fikirlər, çıxışlar etməyə məcbur edir. Onun ucbatından qanunları pozan nə qədər gənc həbsxanalara salınıb. Kərimlinin istəyi Azərbaycanda demokratik dəyərlərin qorunmasına, dövlətçiliyimizə, müstəqilliyimizə xidmət etmək deyil. Nə zaman görmüsüz ki, Kərimli hakimiyyətin apardığı hansısa islahatı, əhalinin sosial rifahını istiqamətlənən qərar və sərəncamı dəstəkləsin, xoş fikirlər söyləsin? Bu insan 25 ildir ancaq dağıdıcı mövqedən çıxışlar edir. Ona görə də artıq ətrafında heç kim qalmadığından icazəsiz aksiyalara üstünlük verir. Bu gün 50-60 insanı küçələrə çıxarmaq çox asandır, amma Kərimli unudur ki, sabah, biri gün həmin 50 insanı da itirəcək. Qərbin anti-Azərbaycan qüvvələri nə qədər vəsait xərcləsə belə, xalqla hakimiyyət birliyini zəiflədə bilməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB