“Əli Kərimli və Cəmil Həsənli təxribatla məşğuldurlar” RƏY-ÖZƏL

“Əli Kərimli və Cəmil Həsənli təxribatla məşğuldurlar” RƏY-ÖZƏL

"“Milli Şura”nın mitinq keçirməklə bağlı növbəti çağırışı stabilliyi pozmaq cəhdindən başqa bir şey deyildir". Bunu SİA-ya açıqlamasında AGAAMC-in sədri, Fəlsəfə doktoru, İlqar Orucov deyib.

Onun sözlərinə görə, görünən odur ki, hələ də bu qüvvələr uğursuz hakimiyyət dövrlərinin eyforiyasından xilas ola bilməyiblər və açıq-aşkar qanuna qarşı çıxmaq bu adamların vərdiş etdikləri haldır: "Qanuna görə aidiyyatı orqana edilən müraciətin cavabı olaraq müvafiq məsləhət bilinən ərazidə mitinqi keçirmək olar. Bunlara müvafiq razı təklif olunur və bilavasitə özlərini ərköyün, xüsusi statuslu apararaq keyfləri istədikləri məkanı tələb edirlərsə deməli, məqsəd mitinq, siyasi tələblər irəli sürmək deyil, təxribat, qarşıdurma yaratmaq və bununla da ölkədə sabitliyi pozmaq istəyidir. Əlbəttə ki, bütün bunlar yolverilməzdir və mitinqi şəhərin mərkəzində keçirmək istəyəcəklərsə hüququn tələb etdiyi kimi polis məsələyə müdaxilə edəcək və qanunsuzluq edənlər birmənalı olaraq cəzalandırılacaqlar. Ona görə də, noyabrın 2-də paytaxtın mərkəzində növbəti mitinq çağırışı Əli Kərimli, Cəmil Həsənli və digərlərinin növbəti təxribatçılıq çağırışından başqa bir şey deyildir. Şəhərin mərkəzində on minlərlə insanın rahatlığını pozan, nəqliyyatın hərəkətini iflic edən, şəhərin normal yaşam tempini pozan bu kimi mitinq cəhdləri əbəsdir. Fikirləşirəm ki, açıq şəkildə qarşıdurmaya gedən radikallar hansısa xarici qüvvələrin sifarişlərini yerinə yetirirlər. Mütləq şəkildə şəhərin mərkəzi, insanların istirahət etdiyi məkanların, insan kütləsinin sıx olduğu böyük ticarət mərkəzlərinin ətrafı, mərkəzi meydanlar təsadüfi seçilmir və bütün bunlar həm də ona xidmət edir ki, ümumi insan axınında öz azsaylı tərəfdarlarını çox göstərmək məqsədi daşıyır. Nəzərə alsaq ki, istənilən təxribat bu cür vəziyyətlərdə mümkündür və istisna da deyil. Vəzifəsi ölkədə sabitliyi və qanunçuluğu təmin etməyə borclu olan polis bu halda seyrçi mövqe tutmalıdırmı? Gözləməlidir ki, qanunçuluğu pozan bu qaragüruh mütləq haranı isə vurub dağıtmalıdır, haranı isə partlatmalıdır və ya yandırmalıdır sonra müdaxilə etsin? Paytaxt əhalisinin 0,01 faizi qədər radikal bir qrupa bu cür qarşıdurmaya getmək tapşırığını kim verib? Bilə-bilə polis qanunla üzərinə düşəcək vəzifəsini icra edəcək, o zaman sual olunur ki, radikallar nədən bu şounu yaratsınlar ki?! Deməli, məqsəd elə nəyin bahasına olursa olsun mövcud stabilliyi pozmaq tapşırığının icrasıdır, polislə bilərəkdən qarşıdurmaya getməkdir və bununla da, ölkəmizin imicinə zərər yetirməkdir".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə