Rəsmi İrəvan erməniləri terrorçu adlandıran Çavuşoğlunun açıqlamalarından çox narahatlıq keçirir və bu narahatlıq da rəsmi səviyyədə özünü biruzə verir. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumatlara istinadən xəbər verir ki, Ermənistan Xarici İşlər naziri Zohrab Mnasakanyan, Türkiyə Xarici İşlər Naziri Mevlut Çavuşoğlunun, keçən həftə Bakıda Qarabağ mövzusunda söylədiklərinə münasibət bildirmək məcburiyyətində qalıb.
Məlumatda qeyd olunur ki, Mnasakanyan bu cür açıqlamaların yenilik və xəbər olmadığını deyərək, problemin ciddiliyini etiraf edib.
“Biz heç bir şərt olmadan münasibətləri normallaşdırmağa hazır olduğumuzu təsdiqlədik. Ankaranın cavab bəyanatı müzakirələrə səbəb olacaq. Belə bir mövqe qəbuledilməzdir”, deyə Mnasakanyan mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu açıqlamalar Ermənistan üçün Türkiyənin bir təhlükə olduğunu isbat edir.
“Bənzər bəyanatları əvvəllər də hansısa formada eşitmişik. Bu bəyanat Ermənistanın təhlükəsizliyinə təhdiddir və bu, Ermənistan üçün ciddi problem deməkdir", deyə Ermənistan Xarici İşlər naziri etiraf edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB