2011-ci ildə “Sənayecihaz” müəssisəsində 5 adda yeni növ müdafiə təyinatlı məmulat istehsal ediləcək
Martın 3-də Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin "Cihaz" İstehsalat Birliyi "Sənayecihaz" Elm-İstehsalat Mərkəzini yenidənqurmadan sonra işə salıb.
SIA-nın məlumatına görə, müdafiə sənayesi naziri Yavər Camalov müəssisədə aparılan yenidənqurma işləri barədə dövlətimizin başçısına məlumat verib. Qeyd edilib ki, son iki ildə müəssisədə 6,5 min kvadratmetrlik istehsalat sahəsi, inzibati binalar yenidən qurulmuş, infrastruktur müasirləşdirilmiş, əsaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib.
Sonra nazir səhra şəraitində xidməti heyət üçün zəruri olan avadanlığı dövlətimizin başçısına təqdim edib. Bildirilib ki, yedəyə qoşulan sutəmizləyici qurğu səhra şəraitində 1 saatda 600 litr adi suyu və ya 500 litr duzlu suyu tam təmizləyərək içməli vəziyyətə gətirir. Səhra şəraitində olduqca mühüm əhəmiyyət kəsb edən yedəyə qoşulan mini çörək sexində 1 saat ərzində 100 qramlıq 1000, 200 qramlıq 500 çörək bişirmək mümkündür. Çörək sexini xidməti heyətdən 2 nəfərin işlətməsi yetərlidir. Mətbəxdə 2 saat ərzində 4 çeşiddə yemək hazırlamaq mümkündür. Ehtiyac yaranarsa, səhra mətbəxində sutəmizləyən və çörəkbişirən avadanlıq da quraşdırmaq olar. Bu qurğu 400 nəfərin qidalanmasına imkan verən bütün zəruri avadanlıq və mətbəx əşyaları ilə təchiz edilib. Səhra sanitar qovşağı da müasirliyi və praktik xüsusiyyətləri ilə seçilir. Qurğu 1 saatda 2 ton 500 litr suyu isidir. Kondisioner sistemi ilə təchiz olunan qovşağın xidmətindən bir saatda 45 nəfər istifadə edə bilər. Bütün bu qurğuların dizel yanacağı ilə işləməsi olduqca vacib əhəmiyyət kəsb edir.
Sonra Prezident İlham Əliyev mərkəzi işə salan düyməni basıb.
Məlumat verilib ki, "Sənayecihaz" Elm-İstehsalat Mərkəzi 1956-cı ildə yaradılıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1993-cü ildə müəssisə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyinə verilib. Müdafiə Sənayesi Nazirliyi yaradılandan sonra "Sənayecihaz" Elm-İstehsalat Mərkəzinin istehsal sahələrinin bərpa olunması və yenidən qurulması üçün kompleks tədbirlər həyata keçirilib.
Azərbaycan Prezidenti müəssisədə istehsal olunan məhsulların sərgisi ilə
Prezident İlham Əliyevə yaxın müddətdə reallaşdırılması nəzərdə tutulan tədbirlər barədə məlumat verilərkən qeyd olunub ki, 2011-ci ildə müəssisədə 5 adda yeni növ müdafiə təyinatlı məmulatın istehsalı qaydaya salınacaqdır. Bundan başqa, müəssisədə neft sənayesi üçün maye sayğacı, adi və smartkartla işləyən qaz və su sayğacları, sərfiyyatölçən və digər mülki təyinatlı məhsulların istehsalının genişləndirilməsi qarşıya məqsəd qoyulub.
Vurğulanıb ki, yaradılan yeni istehsal sahələrində əlavə olaraq 70 iş yeri açılacaqdır ki, bununla da işçilərin ümumi sayı 250 nəfərə çatdırılacaqdır. Kompleks yenidənqurma tədbirləri işçilərin orta aylıq əməkhaqqının artırılmasına da imkan yaradır.
Yenidənqurma işləri ilə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB