Rəsul Quliyevdən Əli Kərimliyə: “O, multiplikasiya qəhrəmanıdır” İTTİHAM VƏ İRONİYA
Eks-spiker AXCP sədrini ələ salmaqda davam edir
ABŞ-da yaşayan eks-spiker Rəsul Quliyev AXCP sədri Əli Kərimlini növbəti dəfə hədəfə alaraq, onu multiplikasiya qəhrəmanına (cizgi filmi) bənzədib. Belə ki, AXCP - “Milli Şura” cütlüyünün icazəsiz aksiyalarını, mitinq keçirmək cəhdlərini, bütövlükdə isə təxribatçılıq əməllərini pisləyən R.Quliyev bütövlükdə onun və ətrafının sayıqladığını bildirib.
“2013-cü ildən “prezident seçkisini 66 faizlə udmuşuq”, deyən AXCP üzvülərinin bir neçə ay həmin o, multipikasiya qəhrəmanina “cənab prezident” deyə müraciət etməsindən başlanan sayaqlama çox təəssüflər ki, hələdə davam edir”, deyə qeyd edən eks-spiker ölkə rəhbərliyinin apardığı islahatları da müsbət qiymətləndirib.
Eks spiker: “Heç 100 ildən sonra da qələbə çalmaq şansları yoxdur”
Lakin qeyd edək ki, bu eks-spikerin Ə.Kərimlini hədəfə alması məsələsi birinci dəfə deyil. Ümumiyyətlə, o hələ bir neçə il öncə “Milli Şura”nı kəskin şəkildə ittiham etdikdən sonra oranı tərk etmişdi və həmin ərəfədən zaman-zaman Ə.Kərimlinin oyunbazlıqlarını özünəməxsus tərzdə, ironiyalarla ələ salır. Misal üçün, xatırlaya bilərik ki, hələ iki il öncə, R.Quliyev aldıqları seçki və s. məğlubiyyətlərindən sonra hələ də “hakimiyyətə iddialıyıq” baxışından çıxış edən Ə.Kərimlini kəskin ifadələrlə atəşə tutmuşdu.
"Bu dağıdıcılar 2003-cü ildən siyasətdən çıxıb getməliydilər. Məğlubiyyətinin səbəblərini analiz etməyən tərəf məgər vuruşmağını dayandırmamalıdır? Məğlubiyyətin səbəbi "hökümət seçkiləri saxtalaşdırdı" deyib müzakirədən qaçanların heç 100 ildən sonra da qələbə çalmaq şansları yoxdur", deyən R.Quliyev həmçinin, Ə.Kərimli ilə yanaşı C.Həsənlini də nəzərtə tutaraq, “Milli Şura”nı ölü qurum adlandırıb, 2013-cü ilin prezident seçkilərindən sonra süqut etdiyini, hazırda isə, məhz AXCP üzərində dayanan təşkilat olmasına da toxunub. O, Bildirib ki, AXCP-dən ibarət olan bu qurumun rəhbərliyi, eləcə də, tərəfdarları ölkədə qarayaxma kampaniyası aparmaqda mahirdirlər: "AXCP sədri Əli Kərimli daha çox sosial şəbəkələrdə qalmaqal yaradan videoları ilə gündəmə gəlməyə çalışır".
Digər müxalifət qurumları AXCP-“Milli Şura” cütlüyünün qanunsuz əməllərini nəinki dəstəkləyir, əksinə hiddətlə pisləyirlər
Məhz bu ittiham da belə deməyə zəmin yaradır ki, əslində Ə.Kərimli siyasi partiya sədrindən daha çox sosial şəbəkə bloqeri kimi fəaliyyət göstərir və bu amil də onun onsuz da olmayan nüfuzunu daha da dərəyə yuvarladır.
Əslində, eks-spikerin bu cür ittihamlarla çıxış etməsini anlamaq da mümkündür. Çünki o zamanında məhz Ə.Kərimliyə maddi yardımlar göndərib, onun siyasi fəaliyyətinə kifayət qədər dəstək olmuşdu. Lakin sonradan özünə qarşı yönəlmiş xəyanətləri anlayaraq, ona qarşı düşmənə çevrilmişdi. Söz yox ki, Ə.Kərimliyə digər müxalifətçi qurumlar da heç bir dəstək göstərmirlər. Belə ki, bu gün düşərgədə kifayət qədər partiyalar var ki, onlar AXCP-“Milli Şura” cütlüyünün qanunsuz əməllərini nəinki dəstəkləyir, əksinə hiddətlə pisləyirlər. Bütün bunlar isə indidən Ə.Kərimlinin və ətrafının ağır məğlubiyyətə düçar olduğunu sübut edir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB