Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin yeni müəssisəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin yeni müəssisəsinin açılışında iştirak edib

Martın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Buzovna qəsəbəsinin Albalılıq yaşayış sahəsində Müdafiə Sənayesi Nazirliyi "Şərq" İstehsalat Birliyinin yeni "AZAD Systems Co" müəssisəsinin açılışında iştirak edib.

SİA-nın xəbərinə görə, dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi, müəssisə ilə tanış oldu.

Müdafiə sənayesi naziri Yavər Camalov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verdi.

Bildirildi ki, müəssisədə 5 yeni istehsal sahəsi yaradılmış, müasir texnoloji avadanlıq quraşdırılıb. Bu, yüksək keyfiyyətli məhsul istehsalına imkan verir.

Prezident İlham Əliyev xarici mütəxəssislərlə söhbət etdikdən sonra müəssisədə istehsal olunan məhsulları əks etdirən videofilmə baxdı.

Sonra dövlətimizin başçısı müəssisənin istehsal sahələrini gəzdi, texnoloji prosesi izlədi.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tövsiyə və tapşırıqlarını verdi.

Bütün xəbərlər Facebook səhifəmizdə