Səfir rusiyalıları ABŞ-a gedərkən ehtiyatlı olmağa çağırdı

Səfir rusiyalıları ABŞ-a gedərkən ehtiyatlı olmağa çağırdı

Rusiyanın Vaşinqtonda fövqəladə və səlahiyyətli səfiri Anatoliy Antonov ABŞ-a səfər edən rusiyalılara ehtiyatlı olmağı tövsiyə edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Antonov bildirib ki, Rusiyanın ABŞ-dakı səfirliyinin fəaliyyət prioritetlərindən biri "Amerika həbsxanalarında olan 100 rusun müdafiəsidir. Bizim üçün onların hansı mövqedə olması və ya hansı fəaliyyətlə məşğul olmasının heç bir fərq yoxdur. Bizim üçün vacib olan məsələ onların həmvətənimiz olması və ən qısa müddətdə onları zindanlardan qurtarmaqdır”.

“O ki qaldı ABŞ-a səfər etməyə, mən hər bir rusiyalının Birləşmiş Ştatlarda həddindən artıq ehtiyatlı olmalı olduğunu deməyə məcburam”,- deyə səfir qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə