Siyasi partiyalarla hökumət üzvlərinin birgə müzakirələri baş tutmadı

Siyasi partiyalarla hökumət üzvlərinin birgə müzakirələri baş tutmadı

ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan siyasi partiyalarla hökumət üzvlərinin birgə müzakirələri təxirə salınıb. ATƏT-in Bakı Ofisinin mətbuat xidmətinin rəhbəri Rəşad Hüseynov SİA-ya açıqlamasında tədbirin iştirakla bağlı məsələlər üzündən təxirə salındığını vurğulayıb. Dəyirmi masanın yeni tarixinə gəlincə ATƏT-in Bakı Ofisinin mətbuat xidmətinin rəhbəri görüşün vaxtının yaxın zamanda elan olunacağını deyib.

 

Qeyd edək ki, bu il martın 7-8-də ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə siyasi partiyalarla hökumət üzvlərinin birgə müzakirələrinin keçirilməsi nəzərdə tutulurdu. Azərbaycanda siyasi tənzimləmə mövzusunda keçirilməsi nəzərdə tutulan dəyirmi masa və seminarda Prezident Administrasiyası, Milli Məclisdən yüksək vəzifəli şəxslər, habelə 18 siyasi partiya təmsilçisinin iştirakı nəzərdə tutulurdu.

 

İştirakçılara ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Venesiya Komissiyasının siyasi tənzimlənməyə dair əsas qaydaları və sənədləri barədə məlumat verilməli, Azərbaycanda "Siyasi partiyalar haqqında" qanunun təkmilləşdirilməsi imkanları müzakirə olunmalı idi. Tədbirin məqsədi Azərbaycan hökumətinə partiyaların siyasi tənzimlənməsində yardım etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə