Erməni millət vəkili: “Ölkədə uşaqları vaxtından tez yatırdırlar ki, şam yeməyi istəməsinlər"
"Ermənistanda insanların çörək almağa pulu yoxdur. Uşaqlarını vaxtından tez yatırdırlar ki, körpələr şam yeməyi istəməsin. Bax, bütün bunlar indiki Ermənistanın real üzüdür". SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistan parlamentinin iclasında deputat Viktor Dəlləkyan iqtisadi inkişaf naziri Tiqran Davtyanın yoxsulluğun azaldılması ilə bağlı çıxışına cavab olaraq bildirib.
O, qeyd edib ki, Ermənistanda 1 milyon 100 min insan yoxsuldur və intihar edənlərin 40 faizi məhz işsizlərdir: "Yoxsulluq artıq milli təhlükəsizlik məsələsinə çevrilib. Ermənistanda yaşayan uşaqların 38 faizi yoxsulluq həddindədir. Əlil uşaqlar arasında isə bu göstərici daha çox-70 faiz təşkil edir"
Qeyd edək ki, Ermənistanın iqtisadi inkişaf naziri Tiqran Davtyan yoxsulluğun aradan qaldırılmasının hökumət üçün prioritet olduğunu söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB