Türkiyənin İstanbul şəhərində bir azərbaycanlı iki həmyerlisini bıçaqlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə İstanbulun Halkalı məhəlləsində baş verib. Belə ki, 21 yaşlı Haşım Eyvazov qız tanışlarına söz atmasını əsas gətirərək yoldaşları ilə birlikdə Kamran Məmmədov adlı digər Azərbaycan vətəndaşını döyməyə çalışıb. Üzərinə hücum çəkən H. Eyvazovun əlindəki bıçağı alan K. Məmmədov onun kürəyindən və ürəyindən, adı açıqlanmayan İsmayılov soyadlı şəxsin isə qarnına bıçaqla zərbələr endirib.
Nəticədə aldığı zərbələrdən H. Eyvazov xəstəxanada dünyasını dəyişib. Vakf Universitetinin Tibb Fakültəsinə götürülən İsmayılovun isə vəziyyətini ağır olduğu bildirilir. Polis tərəfindən aparılan axtarış tədbirləri nəticəsində hadisəni törədən K. Məmmədov polis tərəfindən saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB