Sergey Lavrovun İrəvana səfərini təşkil etmək üçün iş aparılır. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə aysor.am saytına Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Anna Nağdalyan bildirib.
Ermənistanın Xarici İşlər Nazirliyinin sözçüsü Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun İrəvana səfərinin təşkili üçün işlər görüldüyünü qeyd edib.
Anna Nağdalyan Ermənistan və Rusiya arasında hüquqi bazanın genişləndirilməsi istiqamətində işlərin davamlı olacağına ümid etdiyini ifadə edib.
Hətta "Kommersant" qəzeti də öz mənbələrinə istinadən xəbər verir ki, Lavrovun səfəri çərçivəsində rusiyalı mütəxəssislərin Pentaqonun pulu ilə Ermənistandakı bio-laboratoriyalara daxil olmasına zəmanət verən memorandum imzalanacaq.
Bu məlumata Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi fikir bildirməkdən imtina edib.
"Xüsusi sənədlərin və onların məzmununun imzalanmasına gəldikdə, sənədləri imzalamazdan əvvəl hər hansı bir şərh verə bilmərəm", deyə Nağdalyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB