"PKK terrorçuları arasında ermənilər də var"

"PKK terrorçuları arasında ermənilər də var"

PKK terrorçuları arasında dəfələrlə erməni terrorçuları da saxlanılıb. SİA-nın məlumatına görə, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, Türkiyə Azərbaycanı bütün sahələrdə hər zaman dəstəkləyib və dəstəkləyəcək. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi həmişə Türkiyənin gündəmindədir və erməni rəsmilərinin bununla bağlı bəyanatları narahatlıq doğurur.

M.Çavuşoğlu əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması həm də Ermənistanın xeyrinədir, çünki öz işğalçılıq siyasəti nəticəsində ölkə regiondan təcrid olunub.

"Azərbaycana dəstəyimizi göstərmək üçün Qoşulmama Hərəkatının XVIII Bakı Zirvə Görüşündə iştirak etdik. Azərbaycanın belə əhəmiyyətli bir tədbirə ev sahibliyi etməsi çox önəmlidir və mən həm Azərbaycan xalqını, həm də Prezident İlham Əliyevi bu münasibətlə təbrik edirəm. Biz Azərbaycanda özümüzü vətənimizdəki kimi hiss edirik”, - deyə, M.Çavuşoğlu bildirib.

O vurğulayıb ki, Qoşulmama Hərəkatının XVIII Bakı Zirvəsı zamanı bir sıra əhəmiyyətli görüşlər keçirib.

Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirilir. Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının bügünkü görüşündə Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil verilib. Sabah da davam edəcək Zirvə Görüşü hazırda işini ümumi debatlarla davam etdirir.

Bakı Zirvə Görüşündə 4 yekun sənədin qəbulu gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə