Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 2-də saat 13.20-dən 13.40-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19.30-dan 19.35-dək və martın 3-də 05.00-dan 05.15-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Vozaşen kənlərindən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qızıl Hacılı kəndində yerləşən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB