Frankfurt beynəlxalq hava limanında atışma zamanı iki amerikalı hərbçi öldürülüb

Frankfurt beynəlxalq hava limanında atışma zamanı iki amerikalı hərbçi öldürülüb
Almaniyanın Frankfurt beynəlxalq hava limanında atışma zamanı iki Amerika hava qüvvələri hərbiçisi öldrülüb, digər ikisi isə yaralanıb. SİA-nın məlumatına görə, polisin yaydığı xəbərdə bildirilir ki, silahlı şəxs hərbçiləri daşıyan avtobusu atəşə tutub. ABŞ prezidenti hadisəyə görə təəssüf və qəzəbini dilə girib. O deyib ki, Almaniyanın səlahiyyətli nümayəndələri ilə bərabər hadisə araşdırılır və cinayətkarların ədalət məhkəməsi qarşısına çıxaılması üçan birgə iş aparılır. Almaniya kansleri Angela Merkel hadisə qurbanlarının ailə üzvlərinə baş sağlığı və insidentin araşdırılması üçün lazım olan hər işin görüləcəyinə vəd verib. Almaniya rəsmiləri hücumçunun 21 yaşlı kosovalı olduğunu müəyyən edib. Onun Kosovonun Mitrovitsa şəhərinin sakini Arif Uka olduğu bildirilir. Kosovonun daxili işlər naziri hadisəyə görə təəssüfünü bildirib

Bütün xəbərlər Facebook səhifəmizdə