Deyəcəksiniz ki, hamı bilir ki, müxalifət artıq ölüdür və bundan sonra da düzəlməzlər. Doğru deyirsiniz, amma bunu anlaya bilirlərmi? Bax, elə bəla da budur ki, 25 illik zaman müddətində düzəlməyən müxalifətin bundan sonra düzəlməsi, ümumiyyətlə, inandırıcı görünmür.
Bəs belə olan halda, siyasətdə qalmağa dəyərmi? Görünür, Tanrının bizə bəxş etdiyi o hissiyatın nə olduğunu hələ bu günə kimi anlamayıblar. Anlasaydılar, Müsavatla AXCP-nin rəhbərliyi başda olmaqla, düşərgədəki naftalin iyi verən "liderlər" siyasətdə qürub çağının çatdığını qəbul edərdilər.
Amma fakt budur ki, "liderlər" indiyə kimi həyasızlıq nümayiş etdirməklə, guya xalqın "dərdinə şərik" oduqlarını nümayiş etdirirlər. Bu qədər həyasızlıq olar? Hansı xalqdan danışırlar, bax, bu, müəmmalı qalır. Axı bildiyimiz qədər, xalq onları 2003-cü ildən dəstəkləmir. Demli, necə xalq bunlardan imtina edibsə, özləri də özlərini xalqdan təcrid ediblər. Onda, bunlar nəyi gözləyirlər? Niyə siyasətin bunlarlıq olmadığını kişi kimi qəbul edib, siyasi arenanı üzüsulu olaraq tərk etməyə cürətləri çatmır? Sözsüz ki, sualın cavabı çox bəsitdir. Ona görə ki, heç vaxt xalqı düşünməyiblər, əksinə, xalqdan öz şəxsi mənfəətləri üçün istifadə edərək, qrantlar, pul-paralar dalınca qaçıblar. Bu qaçışla da "mühacir biznesi" qururlar, vəsiqə satırlar və s. Amma unudurlar ki, bunun da bir sonu var. Bu sona qürub deyirlər. Az qalıb, artıq sizlər qürub çağındasınız...
Deyirsiniz ki, ölkədə aparılan sosial və kadr islahatlarının aparılmasından istifadə etməsinlər? Artıq indidən satqın Əli Kərimli, ipli kukla Cəmil Həsənli, əli qana batan İsa Qəmbər, xəyanətkar Arif Hacılı, səsi batan erməni yalağı Leyla Yunus və ... mənəviyyatsızlar özlərini dağa-daşa çırıb, zorla ictimai rəyə sırınmağa müxtəlif cəhdlər edirlər. Ancaq bu cəhdlərə baxmayaraq, biri o birinə dəymir, ikisi də heç birinə. Yəni köhnə hamam, köhnə tasdır. Fakt budur ki, hər ikisi qürub çağının son prosesini yaşamaqdadır. Artıq nə mitinq, nə piket, nə söyüş, nə alqış, nə də qarğış - heç biri bunların dadına-zadına çatan deyil. O zaman abırsızlıq etməyin, necə deyərlər, bu siyasi meydanı üzüsulu tərk edin!
RƏFİQƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB