Siyasi təqiblər Ermənistan üçün ciddi problemlərə yol açır

Siyasi təqiblər Ermənistan üçün ciddi problemlərə yol açır

Hüquq-mühafizə orqanları özlərinə bəraət qazandırmağa çalışacaqlar ki, guya Ermənistanda siyasi təqiblər yoxdur. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, bunu aysor.am saytının müxbirinə müsahibəsində "Parlaq Ermənistan" partiyasının deputatı Taron Simonyan deyib.

Məlumatda qeyd olunur ki, deputatın sözlərinə görə, Ermənistanın Cinayət Məcəlləsinin amnistiya aktında əks olunan maddələr cinayət təqibinin dayandırılmasını nəzərdə tutur.

“İndi amnistiyaya tabe olmayan başqa bir maddə var. Gələcəkdə nələrin baş verə biləcəyini təxmin edə bilmirəm. Ancaq birinci maddə ilə əlaqədar özümü olduqca kəskin şəkildə ifadə etdim və dedim ki, bu maddə ilə cinayət təqibi dayandırılmalıdır”, deyə Taron Simonyan bildirib.

Simonyan eyni şərtlərdə fərqli qərarlar qəbul etməyin səhv olduğunu bildirib. Qeyd edib ki, hüquq-mühafizə orqanları öz hərəkətlərində daha diqqətli olmalıdırlar, çünki gələcəkdə Avropa strukturlarında ciddi problemlərlə üzləşə bilərlər. O, xatırladıb ki, Ermənistanda heç bir siyasi təqib olmadığını əsaslandırmaqda, bəraət qazanmaqda gələcəkdə böyük çətinliklər çəkəcəklər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə