“Əli Kərimli xaricdən maddi və mənəvi dəstək alır” RƏY-ÖZƏL

“Əli Kərimli xaricdən maddi və mənəvi dəstək alır” RƏY-ÖZƏL

"Müxalifət hər zaman olduğu kimi bu dəfə də heç kəsə lazım olmayan mənasız aksiyalar keçirməklə gündəmə gəlməyə cəhd etdi". Bunu SİA-ya açıqlamasında TOHGMİB-nın sədri Emin Həsənli deyib.

Onun sözlərinə görə, amma onlarım ölkəmizlə bağlı məqsədini hər kəs bilir ki, Azərbaycan dövlətinin uğurlarına kölgə salmaq, inkişafımıza qara yaxmaqdan ibarətdir: "Yəni müxalifət düşərgəsini təmsil edən şəxslərin işi-gücü ancaq iqtidarın apardığı işə qara yaxmaq və ağa qara deməkdən ibarətdir. Bütün bunlar səbəbsiz yerə deyil. Onları məkrli planlar qurmağa və həyata keçirməyə təhrik edən xarici qüvvələr var. Hansı ki, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri onlardan maddi və mənəvi dəstək alırlar. Ancaq nə xarici qüvvələrin, nə də ki, daxildə olan qüvvələrin nə etməsindən və nə istəməsindən asılı olmayaraq onlar heç vaxtı ölkəmilə bağlı məkrli planları baş tutmayacaq. Çünki xalqımız kimin kim olduğunu yaxşı bilir. Müxalifətin xalq tərəfindən heç bir dəstəyi yoxdur. Belə olan halda “Milli Şura” və digər müxalif qurumların pozucu niyyətləri və planaları heç zaman baş tutmayacaq".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə