“Yaşayan Tarix”

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən "Yaşayan tarix" adlı layihəyə start verilib.

SİA-nın məlumatına görə, layihə çərçivəsində II Dünya Müharibəsinin veteranları haqqında qısametrajlı video çarxların çəkilişi planlaşdırılır.

Video çarxların cəkilməsində əsas məqsəd, II Dünya Müharibəsində azərbaycanlı döyüşçülərin də əzmkarlığı nəticəsində faşızm üzərində qələbənin əldə olunması və onların göstərdikləri qəhrəmanlığın lentə alınmasıdır. Bu filmlər gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində əyani vəsait kimi istifadə ediləcəkdir.

Layihədə peşəkar çəkiliş qrupu ilə yanaşı, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri də iştirak edəcəklər.

Çəkilişlər Naxçıvan Muxtar Respublikası daxil olmaqla, respublikamızın əksər rayon və şəhərlərində aparılacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə