“Əli Kərimli kimilər heç zaman məkrli niyyətlərinə nail ola bilməyəcəklər” RƏY-ÖZƏL
"Azərbaycan demokratik, hüquqi dövlətdir və Azərbaycan vətəndaşlarına konstitusiyamızla və müvafiq qanunlarımızla kütləvi aksiyalar keçirmək hüquqi verilibdir". Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib.
Onun sözlərinə görə, bu hüquqdan da ən çox istifadə edən müxalifət partiyaları, xüsusilə də radikal müxalifət olub: "Amma onlar icazəli və icazəsiz aksiyalar keçirsələr belə sonda uğursuzluğa düçar olurlar. Çünki xalq bu qüvvələri istəmir və onlar tərəfindən keçirilən hər hansı bir tədbirdə belə iştirak etmirlər. Müxalifətin özü də çox yaxşı bilir ki, onların xalq tərəfindən heç bir dəstəyi yoxdur və bundan sonrada ola bilməz. O ki, qaldı Əli Kərimlinin təmsil olunduğu “Milli Şura” deyilən qurumun keçirdiyi icazəsiz aksiyalara, əlbəttə ki, “Milli Şura”nın keçirdiyi təxribat xarakterli icazəsiz aksiyaların qarşısı alınmalı idi. Əgər sizə aksiyalar keçirmək üçün yer verilibsə, onda nəyə görə sizə icazə verən yerdə aksiya keçirmirsiniz? Niyə icazəli yox, icazəsiz aksiya keçirməyə cəhd edirsiniz? Bu gün Azərbaycanı istəməyən çoxlu sayda qüvvələr var və həmin qüvvələr var gücləri ilə çalışırlar ki, Azərbaycanda stabilliyi pozsunlar, amma Əli Kərimli kimilər heç zaman məkrli niyyətlərinə nail ola bilməyəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB