“Layihələr yarmarkası”, “Tələbə Almanaxı” və “Tələbələrin I fotoşəkil müsabiqəsi”
Bu üç başlıq altında gerçəkləşdiriləcək yeni layihələr Azərbaycan Tələbə Gənclər Təşkilatı İttiifaqının (ATGTİ) fəaliyyətinin növbəti addımlarıdır.
SİA-nın xəbərinə görə, martın əvvəlində icrasına başlanılacaq layihələrdə onlarla tələbələrin iştirakı planlaşdırılır. Layihələrin birinci mərhələsində tələbələrin əsərləri, fotoşəkilləri və layihələri toplanılacaq. Apreldə layihənin ikinci mərhələsi başlayacaq ki, burada toplanmış layihələr arasından qalib müəyyən olunacaq və əsərlərin, fotoşəkillərin sərgiləri təşkil ediləcək. Bu layihələr tələbələr üçün tam təmənnasız olaraq reallaşdırılacaq. "Layihələr Yarmarkası"nda tələbələr özlərinin işləyib-hazırladıqları layihələri ATGTİ-yə təqdim edəcəklər. "Layihələr yarmarkası"nın qalibinə öz layihəsini reallaşdırmaq üçün maliyyə vəsaiti təqdim olunacaq.
"Tələbələrin I Fotoşəkil müsabiqəsi"ndə tələbələrin çəkdikləri, özündə tələbə həyatını əks etdirən fotoşəkillər toplanacaq və bu şəkillər peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqə qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
"Tələbə almanaxı" layihəsi çərçivəsində şer yazmağı bacaran, rəsm və fotoşəkil çəkən istedadlı gənclərin yaratdıqları əsərlər toplanaraq "Tələbə almanaxı"nda çap olunacaq.
Qeyd edək ki, layihələrdə bütün ali təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatları (TGT) yaxından iştirak edəcək və əlaqələndirci mərkəz rolunu oynayacaqlar. Seçim zamanı münsiflər qeyri-adi və daha yaradıcı əsərlərə, əl işlərinə, keyfiyyətli və məzmunlu fotoşəkillərə üstünlük verəcəklər. Maraqlananlar layihələr haqqında əlavə məlumatları ATGTİ-nin rəsmi saytı- atgti.az ünvanından əldə edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB