Rusiyanın notasından ermənilər qorxuya düşüb

Rusiyanın notasından ermənilər qorxuya düşüb

Rusiya Müdafiə Naziri David Tonoyanın adına ünvanlamaqla Ermənistana etiraz notası göndərir. SİA Ermənistan məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, etiraz notası Rusiya şirkəti olan ORSIS tərəfindən silah tədarükü üçün tenderin keçirilməməsi ilə əlaqədar olaraq Rusiya tərəfindən Ermənistana göndərəcək.
Məlumatda qeyd olunur ki, bu barədə RİA Novosti də informasiya yayıb və agentliyin məlumatına görə, 22 oktyabr tarixli nota Rusiya Sənaye və Ticarət Nazirliyi rəhbərinin müavini Oleq Ryazansev tərəfindən imzalanıb və Ermənistanın müdafiə naziri David Tonoyana ünvanlanıb.
İstiqamətləndirilmiş notada Oleq Ryazansev David Tonoyandan mövcud vəziyyəti nəzərdən keçirməyi və məsələni həll etməyi tələb edir. Notanın artıq Rusiya Xarici İşlər Nazirliyinə verildiyi və diplomatik kanallar vasitəsilə Ermənistan tərəfinə göndəriləcəyi də məlumatda öz əksini tapır.
2019-cu ilin avqust ayında Ermənistanda ORSIS tərəfindən silah tədarükü üçün tenderin pozulmasından sonra cinayət işi də açılıb. Qeyd olunur ki, şirkət respublikanın Müdafiə Nazirliyini lazımi sənədlərlə təmin etməyib və tədarükçülərin qara siyahısına daxil edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə