Doing Business reytinqində Ermənistan 6 pillə geriləyib. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Dünya Bankının dərc etdi yeni illik Doing Business reytinqində Ermənistan dünyanın 190 ölkəsi arasında 47-ci yerdə qərarlaşıb ki, bu da Ermənistanın ötən illə müqayisədə altı pillə gerilədiyini təsdiq edir.
Məlumatda o da qeyd olunur ki, Azərbaycan 34-cü yerdə qərarlaşıb və etiraf olunur ki, Ermənistan Azərbaycandandan çox geri qalır.
Xatırladırıq ki, Doing Business reytinqində ölkələr 10 göstərici ilə qiymətləndirilir. Bu göstəricilərə müəssisələrin qeydiyyatı, icazələrin alınması, elektrik təchizatı sisteminə qoşulma, əmlakın qeydiyyatı, kreditlərin alınması, investorların qorunması, vergi, beynəlxalq ticarət, müqavilələrin icrası və prosedurların əlçatan olması daxildir.
Sözügedən saytda o da diqqətə çatdırılır ki, Qlobal Rəqabət Qabiliyyətlilik Reytinqində Ermənistan 141 ölkə arasında 69-cu yeridədir. Bu da öz növbəsində Ermənistanın durmadan gerilədiyini təsdiqləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB