"Bu nə Ermənistan cəmiyyətinə, nə də regiona xeyir vermir" - ÖZƏL -MÖVQE
"Ermənistanla Azərbaycan arasında danışıqlar prosesi uzanır. Bu nə Ermənistan cəmiyyətinə, nə də regiona xeyir vermir". Bu barədə SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
"Qeyd etmək istədiyim daha bir məlsə ondan ibarətdir ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi sülhü daha da həssas edir və müharibə ehtimallarını yaxınlaşdırır. Regionda müharibə təhlükəsi artdıqca, regiondan kənar iştirakçılar burada hərbi marağın cəlb olunmasına səbəb ola bilər"-deyə,politoloq bildirib.
Onun sözlərinə görə, Ermənistanın mövqeyi nə qədər tez dəyişərsə, bu, Ermənistan və bizim münasibətimiz üçün daha əlverişli olar.
Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB