Qəddafi istefa verməyəcəyini bir daha təkrarladı

Qəddafi istefa verməyəcəyini bir daha təkrarladı

Liviya lideri Muammar Qəddafi dövlət başçısı olmadığı üçün istefa verməsinin də müzakirə olunmadığını bildirib. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, ölkədə 1977-ci ildən qüvvədə olan Cəmahiriyə sisteminin ildönümü ilə bağlı keçirilən mərasimdə xalqa müraciət edən Qəddafi Liviyada daxili problemin olmadığını deyib.

 

Hadisələr zamanı ölü sayının da şişirdildiyini iddia edən Qəddafi 150 adamın həyatını itirdiyini söyləyib. O, xəbərlərin dünyaya xarici agentliklər tərəfindən yayıldığını deyib. Liviya sisteminin xalqın sistemi olduğunu vurğulayan Qəddafi qeyd edib ki, heç kim xalqın nüfuzuna qarşı gələ bilməz və xalq istədiyi şəxsi seçməkdə sərbəstdir: "Bütün dünyaya meydan oxuyuram. 1977-ci ildən indiyə kimi iqtidar yalnız və yalnız xalqın əlindədir. Biz heç bir liderə, heç bir krala güc vermədik və heç bir qanun xalq tərəfindən təsdiqlənmədiyi halda tətbiq olunmadı".

Bütün xəbərlər Facebook səhifəmizdə