Nazir: “Peşə məktəblərinin tikintisi üçün ayrılan vəsait işin həcmi baxımından olduqca azdır”

Nazir: “Peşə məktəblərinin tikintisi üçün ayrılan vəsait işin həcmi baxımından olduqca azdır”
"Bu gün ölkədə mövcud olan peşə məktəblərinin əksəriyyəti təmirsizdir. Ötən gün keçirilən konfransda da dövlət başçısı İlham Əliyev qeyd etdi ki, bu istiqamətdə son illər müəyyən işlər görülüb. Ancaq işləri davam etdirmək və daha yüksək səviyyədə peşə təhsili məktəblərini yaratmaq lazımdır". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə verdiyi açıqlamasında təhsil naziri Misir Mərdanov məlumat verib. Onun sözlərinə görə, prezidentin tapşırığından sonra hər kəsin borcudur ki, bu işləri görsün. Nazir bildirib ki, bu ilin büdcəsindən bütövlükdə təmir və tikinti üçün 80 milyon manat investisiya vəsaitinin ayrılması nəzərdə tutulub. Bunun 50 milyona yaxınının ötən ildən yarımçıq qalan məktəblərin tikintisi davam etdirmək üçün olduğunu deyən M.Mərdanov qeyd edib ki, qalan 38 milyon manat bu il yeni başlayacaq işlər üçün nəzərdə tutulub. Nazirin fikrincə, bu işin həcmi baxımından ayrılan vəsait olduqca az vəsaitdir.

Bütün xəbərlər Facebook səhifəmizdə