Yardımlıda son beş ildə 52 orta məktəb binası istifadəyə verilib

Yardımlıda son beş ildə 52 orta məktəb binası istifadəyə verilib

Yardımlı rayonunda təhsilə qayğı ildən-ilə artır. Rayon İcra Hakimiyyətindən SİA-nın cənub bürosuna verilən məlumata görə, Dövlət Proqramına uyğun olaraq Arus kəndində 360, Honuba kəndində 220, Horavarda 200, Osnakəranda 180 yerlik orta məktəb, Ləzir kəndində 24 yerlik ibtidai məktəb binaları tikilərək istifadəyə verilib.

Qəzalı vəziyyətdə olan 15 məktəb binası əsaslı təmir edilib. Ümumiyyətlə, son 5 ildə rayonda 52 məktəb binası inşa olunub və ya əsaslı təmir edilib. Təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilib, avadanlıq və inventarla təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə