Martın 3-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanın görkəmli ziyalısı, xalq şairi, ictimai xadim Nəriman Həsənzadə ilə görüş keçiriləcək. SİA-nın məlumatına görə, şairin 80 illik yubileyinə həsr edilmiş görüşü giriş sözü ilə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov açacaq.
Görüşdə millət vəkilləri Nizami Cəfərov, Məlahət İbrahimqızı, tanınmış ədəbiyyat xadimləri – Nizaməddin Şəmsizadə, Buludxan Xəlilov, Rüstəm Kamal, yazıçı-publisist Flora Xəlilzadə, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıc iştirak edəcəklər.
ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Fəridə Səfiyeva şairin həyat və yaradıcılığı haqqında məruzə edəcək. Tədbirdə şairin şerləri oxunacaq, sözlərinə yazılmış musiqilər səslənəcək. ADU tələbələri ədəbi kompozisiyalar təqdim edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB