Nobel Sülh Mükafatına 241 namizəd var

Nobel Sülh Mükafatına 241 namizəd var

2011-ci il Nobel Sülh Mükafatına rekord sayda namizəd var. Bu ilki mükafat üçün 188 nəfər və 53 təşkilat namizəd göstərilib.

SİA-nın xəbərinə görə, Nobel Komitəsi ümumi sayı 214 olan namizədlərin kimlər olduğuna dair açıqlama verməyib. Kubalı müxalifətçilərin, rusiyalı insan haqları müdafiəçisi Svetlana Qannuşkinanın və ABŞ diplomatlarının gizli sənədlərini yayımlayan "Wikileaks" internet saytının namizədlər arasında olduğu məlumdur.

Krım Tatar Milli Məclisinin sədri Mustafa Cəmil Krımoğlu da namizədlər sırasındadır.

İnsanlığa xidmət edənləri mükafatlandırmaq məqsədi daşıyan nüfuzlu mükafatın kimə verildiyi oktyabr ayında bəlli olacaq

Bütün xəbərlər Facebook səhifəmizdə