Arif Haşımov: “YUNESCO-nun ekspertləri hələ bir neçə dəfə Bakıya səfər etməli olacaqlar”
"Elmin İnkişafı üzrə Milli Strategiya prezident tərəfindən təsdiq olunub və bu sahədə işlər gedir". Bu barədə SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Arif Haşımov məlumat verib. O bildirib ki, YUNESCO-nun da ekspertləri onlara ayrılmış qrant vəsaiti hesabına Azərbaycan Milli Elmlər Akademiyasında olublar. Onun sözlərinə görə, ekspertlər öz tövsiyələrini işləyib elmin inkişaf strategiyasına və tədbirlər planına uyğun formada təqdim edəcəklər. Onların öz fikirlərini ümumiləşdirmək üçün işlədiyini deyən A.Haşımov vurğulayıb ki, ekspertlərin Azərbaycanda elmi strukturun təkmilləşdirilməsi istiqamətindəki işləri hələ tamamlanmayıb.
"Buna görə də yəqin ki, onlar hələ bir neçə dəfə Bakıya səfər etməli olacaqlar. Onlar ilk sənədlərini təqdim etsələr, biz də onlar haqqında nəsə rəy bildirə bilərik. Yalnız onlar ilk sənədlərini təqdim etdikdən sonra biz də öz fikirlərimizi bildirəcəyik", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB