Bakıda “Regionların 2009-2013-cü illərdə inkişafı”na həsr olunmuş konfrans keçirilib

Bakıda “Regionların 2009-2013-cü illərdə inkişafı”na həsr olunmuş konfrans keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda iştirak edib.

SİA-nın xəbərinə görə, əvvəlcə dövlətimizin başçısı konfrans çərçivəsində təşkil edilmiş sərgi ilə tanış oldu.

Sonra konfransda giriş nitqi ilə çıxış edən Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarını yüksək qiymətləndirdi. Dövlət Proqramının ikinci ilində əldə olunmuş uğurlardan və qarşıda duran vəzifələrdən danışan dövlətimizin başçısı Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu vurğuladı.

Konfransda çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev, Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Balakən Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov, Sumqayıt Texnologiyalar Parkı idarə heyətinin üzvü Zaur Məmmədov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, "Elba" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Elçin Rüstəmov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Dövlət Proqramının icrası ilə bağlı görülən işlərdən danışdılar.

Prezident İlham Əliyev konfransın işinə yekun vurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə