Lerik rayonunda 2010-cu il - "Ekologiya ili"ndə 10 mindən yuxarı ağac əkilib. Rayon İcra Hakimiyyətindən SİA-nın cənub bürosuna verilən məlumata görə, Rayon Meşə Mühafizəsi və Bərpası müəssisəsi tərəfindən 110 hektar meşə əkini, o cümlədən 58 hektarda səpinlə, 52 hektarda ağac tingi basdırılmaqla əkin həyata keçirilib.
Əvvəlki illərdə əkilmiş 37 hektar meşə sahəsində isə bərpa işləri aparılıb. 100 hektarda əkilmiş meşə sahəsi dövlət meşə fonduna keçirilib. 2011-ci ilin əkin kampaniyası üçün ciddi hazırlıq işləri görülüb, 1,5 hektarda yeni tinglər salınıb, meşəətrafı sahələrdə şumlanma işləri aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB