Bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Macarıstan və Gürcüstan respublikalarının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri Colt Çutoranı və Teymuraz Şaraşenidzeni qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşlər zamanı ölkələr arasında hərbi əməkdaşlıq məsələləri və regionda mövcud olan hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB