İngiltərə və NATO gücləri Liviyaya hərbi təyyarələrini göndərməyi və üsyançıları silahlandırmağı planlaşdırır. SİA-nın "Times" qəzetinə istinadən verdiyi məlumata görə, İngiltərənin baş naziri David Kameron dünya liderlərindən daha da irəliyə gedərək Baş Qərargah rəisi David Riçarda Liviya hava sahəsinin bağlanılması üçün işlərə başlamaq əmrini verib. Eyni zamanda hərbi təyyarələr tərəfindən Liviyadakı ingilislərin həyatı təhlükə ilə üzləşəcəyi təqdir Qəddafiyə məxsus təyyarələrin vurula biləcəyi ifadə olunub.
Kameron Liviyada daha çox zorakılığa icazə verilməyəcəyini söyləyib və NATO-nun qurudan əməliyyat ehtimalına toxunub. İngiltərə ilə yanaşı ABŞ da Liviyaya hərbi müdaxilə ehtimalını nəzərdən keçirir. ABŞ Aralıq dənizinə iki min əsgər göndərir. Fransa da mövcud böhranın aradan qaldırılması üçün "hərbi həll" variantını qiymətləndirir.
Müxalifətin əlinə keçən Liviyanın şərqinə hücuma başlayan Qəddafinin hərbi qüvvələri isə bir silah-sursat anbarını bombalayıb. Qəddafi paytaxt Tripolinin müdafiəsini gücləndirib, bununla belə onun tabeliyində olan qüvvələr şəhərdəki hökumət əleyhdarı olan əhali üzərində nəzarəti tam bərpa edə bilməyib.
Xarici siyasi ekspertlər hesab edir ki, BMT Təhlükəsizlik Şurasının və AB-nin tətbiq etdiyi sanksiyalardan sonra həyata keçiriləcək hərbi müdaxilə Qəddafini gücdən salmaq üçün həlledici ola bilər. Hərbi mənbələr isə İngiltərənin "Eurofighter Typhoon" hərbi təyyarələrindən istifadə edəcəyini xəbər verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB