ATƏT-in keçirdiyi monitorinq insidentsiz başa çatıb

ATƏT-in keçirdiyi monitorinq insidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bala Cəfərli kəndi ilə Ermənistan Respublikasının Kayan kəndi arasındakı yolun yaxınlığındakı təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, monitorinq baş tutub, heç bir insident qeydə alınmayıb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus, və səhra köməkçisi Antal Herdiç, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Uilyam Praroy və Jaslan Nurtazin keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə