Gənclər Təşkilatları Milli Şurası dövlət və rəsmi qurumlarla aktiv gənclərin növbəti görüşünü keçirəcək

Gənclər Təşkilatları Milli Şurası dövlət və rəsmi qurumlarla aktiv gənclərin növbəti görüşünü keçirəcək

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsində səylə çalışır və bu istiqamətdə yerli və beynəlxalq səviyyəli mühüm layihələr həyata keçirmiş və keçirməkdədir.

SIA-nın Milli Şuranın mətbuat xidmətindən aldığı məlumata görə, ARGTMŞ tərəfindən irəli sürülmüş və gözəl ənənə halını almış, hökumət, dövlət və rəsmi qurumlarla aktiv gənclər təşkilatlarının görüşdürülməsi təşəbbüsü gənclər tərəfindən çox böyük maraq və həvəslə qarşılanmaqdadır.

Bu silsilədən olan növbəti görüş 02 mart 2011-ci il tarixdə, Azərbaycan Respublikasının Baş Nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla keçiriləcək.

Görüşdə hökumət, dövlət və rəsmi qurumlarla aktiv gənclər arasında olan münasibətlər, dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğı, gənclərin dövlət strukturlarında təmsil olunması, Azərbaycanın ərazi bütövlüyü məsələsi, erməni təcəvüzü nəticəsində öz yürd-yuvalarından qaçqın düşmüş insanlar və s. məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Milli Şuranın təşkilatçılığı ilə bundan əvvəl Prezident Adminstirasiyası, Konstitusiya Məhkəməsi, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin rəhbərləri və digər dövlət qurumları ilə gənclərin görüşü keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə