Məşhur "WikiLeaks" saytının rus variantı olan "Ruleaks" yeni xəbəri ilə istifadəçilərinin diqqətini bir daha Rusiyanın Baş naziri Vladimir Putinə yönəldib. Saytın səhifəsinə yerləşdirdiyi videodan da yaxşı görünür ki, Şimali Qafqazın Adıgey Respublikasının VİP kurortlarından sayılan Fişt dağı ətəyində Rusiya Baş nazirinə məxsus imarət ucaldılıb. SİA-nın adıçəkilən sayta istinadən verdiyi məlumata görə, "Lunnoy Polyane" dağ xizəkçiliyi kurortundakı malikanənin inşasına hələ 2002-ci ildən başlanılıb.
Rəsmi mənbələr "Qərbi Qafqaz"ın Fişt kurort bölgəsinin dünya təbiət irsinə aid olduğunu səbəb gətirərək burada istənilən tikintinin aparılmasına qadağa qoyublar. Amma "daha ağıllı" mühəndislər qaydaları pozmasınlar deyə, Putinin dağ xizəkçiliyi rezidensiyası üçün tikilən villanı "Biosfera" elmi mərkəzi kimi qeydiyyatdan keçiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB