Rəcəb Tayyıb Ərdoğan: “NATO-nun Liviyada nə işi var?”

Rəcəb Tayyıb Ərdoğan: “NATO-nun Liviyada nə işi var?”

ABŞ və BMT Liviyaya NATO-nun müdaxiləsini gündəmə gətirdiyi bir vaxtda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan buna qarşı çıxıb. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, NATO-nun üzvlərinin təhlükəsizliyinə cavabdeh oduğunu xatırladan baş nazir Liviyaya hərbi blokun müdaxiləsini istəyənlərə "NATO-nun Liviyada nə işi var?" şəklində cavab verib. Ərdoğan Türkiyənin Liviyaya NATO-nun müdaxiləsinə qarşı çıxacağını söyləyib.

 

Almaniyada Türk-Alman İqtisadiyyat Konqresinə qatılan Ərdoğan "NATO Liviyaya müdaxilə etməlidirmi, belə bir axmaqlıq olarmı?" deyib və bildirib ki, hərbi blok üzv ölkələrdən hər hansı birinə müdaxilə edilməsi təqdirində bu məsələni gündəmə gətirə bilər: "Türkiyə olaraq biz buna qarşıyıq, belə bir şey müzakirə edilə bilməz, belə bir şey düşünülə bilməz. Liderlərin səhvlərinin əvəzini xalqlar ödəməməlidir. Liviya xalqının cəzalandırılması anlamına gələcək hər cür sanksiya və müdaxilə çox böyük çətinliklərə səbəb ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə