Özbəkistan Prezidenti Mirziyoyev Türkdilli dövlətlərin əməkdaşlıq şurasının VII zirvə görüşünün “onlar üçün tarixi bir gün” olduğunu deyib. SİA xəbər verir ki, Türkiyəyə məxsus mətbuat səhifələrində, xüsusilə qha.com.tr saytında da bu öz əksini tapıb.
Türkiyəyə məxsus mətbuat səhifələrində xəbər verilir ki, Özbəkistanın Türk Şurasına tamhüquqlu üzv olduqlarını bildirən Mirziyoyev üzv ölkələr arasında ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyinə toxunub və ölkəsində son illərdə qazanılan uğurları dilə gətirib. Həmçinin, Türkiyə KİV-lərində o da qeyd olunur ki, Türk Şurası ölkələri əhalisinin 40 faizinin gənclərdən ibarət olduğunu xatırladan Mirziyoyev Gənc Sahibkarlar Forumunun yaradılmasını və ilk iclasın Özbəkistanda keçirilməsini təklif edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB