Türkdilli dövlətlər üçün yeni tarixi səhifə açılır

Türkdilli dövlətlər üçün yeni tarixi səhifə açılır

Qazaxıstanın birinci prezidenti Nazarbayev, Türk Şurasının müvəffəqiyyətli bir inkişaf prosesi keçdiyini və Türk dövlətləri arasındakı birliyin onu sevindirdiyini söyləyib. SİA xəbər verir ki, bu barədə Türkiyəyə məxsus mətbuat səhifələrində, xüsusilə qha.com.tr saytında yazı dərc olunub.

Yazıda qeyd olunur ki, Nazarbayev Özbəkistanın “tam üzv”, Macarıstanın isə müşahidəçi kimi qəbul edildiyini bildirib və bunun tarixi hadisə olduğunu vurğulayıb.

“Yeni bir tarix səhifəsi açılır. Türk Şurası dünya miqyasında əhəmiyyətli siyasi və iqtisadi populyarlıq qazandı. Biz Türk dünyasına inteqrasiyamızı da artırdıq. Türk ölkələri arasında qarşılıqlı fəaliyyət yeni səviyyəyə çıxış deməkdir”, deyə Nursultan Nazarbayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə